Çox təəssüf ki,bu postu yazmağın vaxtı gəlib çatdı;Məktəbə çox az qalıb...
Onu da deyim ki,Azərbaycandakı məktəblərdə sərbəst geyim olmadığına görə çox maraqlı bir post gözləməyin.Ona görə də məktəb formalarınıza çox qarşı çıxmamağa qərara gəldim və hörüklər haqda danışaq istədim sizinlə.
Məncə 100 il sonra da hörük məktəb stilinin ən favorit saç düzümü olacaq.
Hörükləri şəxsən çox sevirəm və anam da,sağolsun,uşaqlıqdan saçımı fərqli-fərqli hörürdü həmişə.
Keçən il saçımı kəsdirmişdim deyə demək olar ki,saçımı hörmədim.Bu il yenidən uzatmağa başlamışam:"Timoşenko" geri dönür!!!
Sizin üçün araşdırdım,fərqli və eyni zamanda gündəlik həyatınızda da istifadə edə biləcəyiniz hörüklər tapdım!
1."Keçi" -_-
Belə sadə 2 hörük də öz-özlüyündə çox gözəl görünür.Amma bu hələ ən sadə modeldir.Alternativ olaraq tərs hörük hörüb,fərqlilik yarada bilərsiniz.
2.Topuzlarınıza hörük qatın...
Mənim kimi ancaq gecikəndə saçınızı topuz yığırdınızsa,indi 5 dəqiqə tez durub hörüklü topuz yığacaqsız.Ən azından cəhd edərsiz :D
3.Favoriti at quyruğu olanlar buyursun!
4.Biraz köhnəlsə də önləri hörüb aşağısını açıq qoya da bilərsiniz.Azca da yüngül dalğalı görüntü versəniz MÖH-TƏ-ŞƏM!
5.Ən sevdiyim:"Timoşenko" modeli (Əsl adı milkmaid braid-dir.)
Həm universitet tələbələri üçün də uyğundur.
6.Minimalistlər üçün "Microbraids"
BONUS:
Sevgilərlə Fanillla!