Geridə qoyduğumuz 2015-ci ildə bir çox saç boyama növləri dəbdə idi:pastel,boz,"sunset" və s.
Home
Archive for
January 2016
Birinci dəfə bu şəkli Tumblrda gördüm.Fikri bəyəndim amma dəbdə olduğunu bilmirdim 2-ci dəfə tərs köynək şəkli görənə qədər.Qısası çox rahat və əlverişlidi.Bir parça ilə bir neçə kombinasiya yarada bilərsiniz.
- Tərz olmagın ən asan yolu
- Hamının rahatlıqla risk edib geyinə biləcəyi bir şey deyil.Amma boyfriend şalvara,mom jeans-ə,hətta qat-qat geyinməyə necə öyrəşmişiksə buna da tez bir zamanda öyrəşib geyinə bilərik.
- Hamının gözü sizin üstünüzdə olsun.Bir çoxu tərs-tərs baxacaq məncə.Allahın zövqsüzləridi onlar.Fikir verməyin.
- Bu tərzi yaratmaq istədikdə boş köynəklərə üstünlük verin.
- "Təərzim dəəəil" deyə bir bəhanəniz də ola bilməz.
- Tərs geyindiyiniz köynəyinizlə daha da cool görünmək istəyirsinizsə,stiletto,boyfriend şalvar,pastel tonlar,klaç çanta və qələm ətəyə üstünlük verə bilərsiniz.
Salam.Bu gün Polyvore saytı haqqında yazacam sizə.Əvvəlcə Polyvore nə olduğunu deyim.Polyvore online olaraq fərqli geyim kombinasiyaları hazırlaya biləcəyiniz bir saytdır.Facebook,Twitter və ya E-mail vasitəsilə qeydiyyatdan keçə bilərsiz.
Qeydiyyatdan keçdikdən sonra hər şey sizin xəyal gücünüzdən asılıdır.Polyvore-da təkcə geyim kombinasiyaları deyil,makyaj,dekor setləri də hazırlaya bilərsiniz.
Hazırladığınız setləri Facebook,Twitter,Tumblr,Pinterest kimi bəzi sosial şəbəkələrdə paylaşmaq seçimini sizə sunur.
Saytda dünya brendlərinin məhsulları var amma məhsul haqda məlumatlar ingiliscədir.
Yarışmalara qatıla bilər,qruplar qurub öz yarışmalarınızı yarada bilərsiniz.
IOS və Android istifadəçiləriiiii!!!
Mənim Polyvore profilim fidanstylingyou.polyvore.com
2 həftə sonra salamlar.Başım dərslərə,imtahana necə qarışıbsa bloq heç yadıma düşmür.Nə yazım deyə fikirləşərkən ilham qaynaım da elə məktəbim oldu.TDV BTL-də oxuyuram.İndi siz haradan billəsiz TDV BTL nədi.Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi.Forma boz rəngdədir.Boz sevgim də elə buradan gəlir.
Boz ətək,boz sviter geyinmədiyim gün mənim üçün müstəqilliyimi elan etdiyim gündü.2 günlük olsa da...
Amma TDV-də oxumaq sizi boz rəng geyim seçimində professionallaşdırır.Məsələn,mağazaya girirəm.Öz-özümə "Aaaaaaa booooz rəəəəəng" deyirəm içimdən.Beyin görmüş zombi kimi qaçıram onlara tərəf.Gözümün qabağına rənglər gəlir.Olan olur.
Bu rəngin ən sevdiyim tərəflərindən biri hər rənglə,hər tonla rahatlıqla kombinlənməsidir.Öz tonları ilə belə.
Bu postu hazırladıqca boz rəngi daha da sevməyə başladım.İçimdən məktəbə sevgi yaranır.Ona görə tez yazım qurtarım.
Biraz da bunlardan ilham alın:
BYE BYE!
Subscribe to:
Posts
(
Atom
)