Tətilin yarısı keçib amma hələ də Bakıdan kənara çıxmayanlar var.Onlardan biri də təbii ki,mənəm.Bilirəm,may ayında yay üçün beynimizdə çoxlu-çoxlu planlar var idi.Həvəslə tətilin başlamasını gözləyirdik.Yay gəldi hamımız tənbəlləşdik və mən indi bu yazını bizim kimi "Tək Səyahəti Yataq otağı-Mətbəx olanlar" üçün yazıram.
1.Filmlərə baxa bilərsiz:
Mən özüm elə bu yay 30-dan çox filmə baxdım.Özümə əvvəlcədən siyahı hazırlamışdım.Gördüm ki boşam birini seçib baxırdım.
Evdə öz kiçik kinoteatrınızı da düzəldə bilərsiz.Pop-corn bişirin,bir neçə yaxın dostunuzu çağırın və birlikdə baxın :D
Mən həmişə altyazılı baxıram.Sizə də tövsiyə edirəm.Çünki istər-istəməz ingiliscə öyrənmək asanlaşır.Ən sevdiyim altyazılı film saytı: unutulmazfilmler.co
2.Piyada gəzin:
Bu həm sağlamlığımıza da faydalıdır.Təkcə tətillərdə yox,havanın mülayim olduğu istənilən vaxtda gəzinti eləmək olar.Mən məktəbin son 2 ayı hər səhər saat 6-da piyada gəzirdim,yüngül qaçırdım.İndi də davam etdirirəm.Səhər tezdən durmağı bəhanə gətirməyin.Axşam saat 6-7 arası da çox yaxşı vaxtdır.Qulaqcığınızı taxın və ən sevdiyiniz mahnını qoyun.😁
3.Ulduzları seyr etmək:
Hava buludsuz olduğu üçün yayda ulduzlar daha gözəl görünür.Ulduzları daha aydın görmək istəyirsinizsə sahilə,şəhərin işıqlarından uzaq olan bir yerə gedin.
4.Yeni insanlar tanıyın:
Ən asanı elə budur məncə.Sosialda tanımaq istədiyiniz 2-3 nəfərlə birlikdə qrup aça bilərsiniz(ki mən də elədim).
5.Fotoqraflığa başlayın:
Antik əşyalar,səma,gözlər və ya nə istəsəniz onun fotosunu çəkin.Fotoaparatı dərd etməyin,mobilegraphy yəni,telefonla foto çəkmə kimi bir alternativ də var.
Ən asanı elə budur məncə.Sosialda tanımaq istədiyiniz 2-3 nəfərlə birlikdə qrup aça bilərsiniz(ki mən də elədim).
5.Fotoqraflığa başlayın:
Antik əşyalar,səma,gözlər və ya nə istəsəniz onun fotosunu çəkin.Fotoaparatı dərd etməyin,mobilegraphy yəni,telefonla foto çəkmə kimi bir alternativ də var.
Bunlardan başqa fikirləriniz varsa mənə yaza bilərsiz.BYE 🙋