Saaalaaam.Artıq yaydır,dərslərim bitib,ona görə də tez-tez post yazmağı düşünürəm.Bu yay yəqin ki,maraqlı mövzular çox olacaq.
Bu gün haqqında yazmağını istədiyim şəffaf,xüsusilə tül geyimlərdir.İlk əvvəl uyğunlaşdırmaq çətin görünə bilər,çünki iddialı seçimlərdir.Mən də indi "Çılpaq görünmədən necə şəffaf geyinmək olar?" sualına cavab verməyə çalışacam.
Sözü uzatmağın mənası yoxdur,çoxlu-çoxlu şəkillər seçib,hazırlamışam sizin üçün. :D
- İnsanların göz zövqünü pozmadan şəffaf köynək və ya don geyinməyin iki yolu var.Bu iki yolu sözlərlə ifadə etmək istəmirəm.Görüb fikir sahibi olmaq daha effektiv olar.
1.İstədiyiniz materialdan olan köynək geyinib,üstünə şəffaf geyinmək:
2.Və əksinə:
- Model kimi ayaqlarınız varsa,buyurun!
- Tam toy sezonu açılmışkən bu mövzuya toxunmasam olmazdı.Gəlinliklərdə də şəffaflıqdan çox istifadə olunub.Şəkillərdəki bəzi qızlarımız çox iddialıdırlar.Amma siz daha az dəri göstərərək daha dəbli görünə bilərsiniz.
- Dizaynerlər markalarında daha çox işləmələrdən istifadə ediblər.Bu həm transparantlığı azaldır,həm də daha dəbli bir görünüm verir.