FANILLLA
Home Archive for January 2016
Geridə qoyduğumuz 2015-ci ildə bir çox saç boyama növləri dəbdə idi:pastel,boz,"sunset" və s.
        

İndi isə 2016-nın gətirdiyi trendi qarşılayırıq.SULU BOYA SAÇLAR!Adını çox sevirəm.Doğurdan da saçınıza sulu boya ilə rənglədiyiniz görünümü verir.



  Tətbiqi az da əvvəlkilərdən olsa fərqlənir.Rənglər tək-tək,üst-üstə və səliqə ilə saça vurulur.

Birinci dəfə bu şəkli Tumblrda gördüm.Fikri bəyəndim amma dəbdə olduğunu bilmirdim 2-ci dəfə tərs köynək şəkli görənə qədər.Qısası çox rahat və əlverişlidi.Bir parça ilə bir neçə kombinasiya yarada bilərsiniz.

  • Tərz olmagın ən asan yolu


  • Hamının rahatlıqla risk edib geyinə biləcəyi bir şey deyil.Amma boyfriend şalvara,mom jeans-ə,hətta qat-qat geyinməyə necə öyrəşmişiksə buna da tez bir zamanda öyrəşib geyinə bilərik.


  • Hamının gözü sizin üstünüzdə olsun.Bir çoxu tərs-tərs baxacaq məncə.Allahın zövqsüzləridi onlar.Fikir verməyin.



  • Bu tərzi yaratmaq istədikdə boş köynəklərə üstünlük verin.


  • "Təərzim dəəəil" deyə bir bəhanəniz də ola bilməz.


  • Tərs geyindiyiniz köynəyinizlə daha da cool görünmək istəyirsinizsə,stiletto,boyfriend şalvar,pastel tonlar,klaç çanta və qələm ətəyə üstünlük verə bilərsiniz.




Salam.Bu gün Polyvore saytı haqqında yazacam sizə.Əvvəlcə Polyvore nə olduğunu deyim.Polyvore online olaraq fərqli geyim kombinasiyaları hazırlaya biləcəyiniz bir saytdır.Facebook,Twitter və ya E-mail vasitəsilə qeydiyyatdan keçə bilərsiz.



Qeydiyyatdan keçdikdən sonra hər şey sizin xəyal gücünüzdən asılıdır.Polyvore-da təkcə geyim kombinasiyaları deyil,makyaj,dekor setləri də hazırlaya bilərsiniz.


Hazırladığınız setləri Facebook,Twitter,Tumblr,Pinterest kimi bəzi sosial şəbəkələrdə paylaşmaq seçimini sizə sunur.


Saytda dünya brendlərinin məhsulları var amma məhsul haqda məlumatlar ingiliscədir.


Yarışmalara qatıla bilər,qruplar qurub öz yarışmalarınızı yarada bilərsiniz.

IOS və Android istifadəçiləriiiii!!!



Sayta keçid üçün klikləyin
Mənim Polyvore profilim fidanstylingyou.polyvore.com



2 həftə sonra salamlar.Başım dərslərə,imtahana necə qarışıbsa bloq heç yadıma düşmür.Nə yazım deyə fikirləşərkən ilham qaynaım da elə məktəbim oldu.TDV BTL-də oxuyuram.İndi siz haradan billəsiz TDV BTL nədi.Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi.Forma boz rəngdədir.Boz sevgim də elə buradan gəlir.


Boz ətək,boz sviter geyinmədiyim gün mənim üçün müstəqilliyimi elan etdiyim gündü.2 günlük olsa da...


Amma TDV-də oxumaq sizi boz rəng geyim seçimində professionallaşdırır.Məsələn,mağazaya girirəm.Öz-özümə "Aaaaaaa booooz rəəəəəng" deyirəm içimdən.Beyin görmüş zombi kimi qaçıram onlara tərəf.Gözümün qabağına rənglər gəlir.Olan olur.


Bu rəngin ən sevdiyim tərəflərindən biri hər rənglə,hər tonla rahatlıqla kombinlənməsidir.Öz tonları ilə belə.

Bu postu hazırladıqca boz rəngi daha da sevməyə başladım.İçimdən məktəbə sevgi yaranır.Ona görə tez yazım qurtarım.


Biraz da bunlardan ilham alın:





BYE BYE!
Subscribe to: Posts ( Atom )

Fidan Esmail

Fidan Esmail
Salam,mən Fidan.Tanış olduğuma şadam.Burada,əsasən dəb mövzusunda fikirlərimi yazaraq sizə ilham qaynağı olmağa çalışıram.Suallarınıza,fikirlərinizə və tənqidlərinizə hər zaman açığam.Görüşmək diləyilə... :)

Mesaj Göndər






Bəyənilən Postlar

  • MƏKTƏBƏ QAYIDIŞ 2017:Hörüklər
    Çox təəssüf ki,bu postu yazmağın vaxtı gəlib çatdı;Məktəbə çox az qalıb... Onu da deyim ki,Azərbaycandakı məktəblərdə sərbəst geyim olm...
  • Çılpaq görünmədən necə şəffaf geyinmək olar?
    Saaalaaam.Artıq yaydır,dərslərim bitib,ona görə də tez-tez post yazmağı düşünürəm.Bu yay yəqin ki,maraqlı mövzular çox olacaq. Bu gün ...
  • DİSLİKES:Məni Heç Vaxt Belə Görə Bilməzsiniz
    BAYRAMINIZ MÜBARƏK!!!Heç də bayram ab-havasına uymayan bir yazı ilə qarşınızdayam!Maç you! Hepinizden iğreniyoruuuum. Zarafat edirəm....
  • Sviterim,Sviterin,Sviterlərimiz
    Qış gəlmək üzrədi və bilirəm ki çoxumuz bu fəsildə daha yorğun,passiv oluruq.Kofemizi,kitabımızı götürüb bir küncə çəkilmək istəyirik.Ama ...
  • How To Wear Boyfriend Jeans
                                                                        More On  POLYVORE

Arxiv

  • ►  2017 (3)
    • ►  August (1)
    • ►  July (1)
    • ►  April (1)
  • ▼  2016 (21)
    • ►  December (1)
    • ►  October (1)
    • ►  September (2)
    • ►  August (1)
    • ►  July (2)
    • ►  May (2)
    • ►  April (1)
    • ►  March (4)
    • ►  February (3)
    • ▼  January (4)
      • TREND ALARMI:Sulu Boya Saçlar
      • TREND ALARMI:Köynəyinizi Tərs Geyinin!
      • POLYVORE Nədir?
      • Həyatımın Bir Parçasına Çevrilən Boz Rəng
  • ►  2015 (45)
    • ►  December (7)
    • ►  November (13)
    • ►  October (4)
    • ►  September (7)
    • ►  August (3)
    • ►  July (11)
Powered by Blogger.

Etiketlər

About Fidan blogmas boz çanta christmas Coachella Fashion Week Festival fotosessiya Friday I'm in Love günün tapıntısı köynək LifeStyle metal məktəbə qayıdış Musiqi Online Shopping party payız polyvore qırmızı xalı qış saç stil ikonu sviter trend yay yaz

Tərcümə

Copyright 2014 FANILLLA.
Designed by OddThemes