FANILLLA
Home Archive for July 2016
Tətilin yarısı keçib amma hələ də Bakıdan kənara çıxmayanlar var.Onlardan biri də təbii ki,mənəm.Bilirəm,may ayında yay üçün beynimizdə çoxlu-çoxlu planlar var idi.Həvəslə tətilin başlamasını gözləyirdik.Yay gəldi hamımız tənbəlləşdik və mən indi bu yazını bizim kimi "Tək Səyahəti Yataq otağı-Mətbəx olanlar" üçün yazıram.

1.Filmlərə baxa bilərsiz:
   Mən özüm elə bu yay 30-dan çox filmə baxdım.Özümə əvvəlcədən siyahı hazırlamışdım.Gördüm ki boşam birini seçib baxırdım.
   Evdə öz kiçik kinoteatrınızı da düzəldə bilərsiz.Pop-corn bişirin,bir neçə yaxın dostunuzu çağırın və birlikdə baxın :D
   Mən həmişə altyazılı baxıram.Sizə də tövsiyə edirəm.Çünki istər-istəməz ingiliscə öyrənmək asanlaşır.Ən sevdiyim altyazılı film saytı: unutulmazfilmler.co

2.Piyada gəzin:
   Bu həm sağlamlığımıza da faydalıdır.Təkcə tətillərdə yox,havanın mülayim olduğu istənilən vaxtda gəzinti eləmək olar.Mən məktəbin son 2 ayı hər səhər saat 6-da piyada gəzirdim,yüngül qaçırdım.İndi də davam etdirirəm.Səhər tezdən durmağı bəhanə gətirməyin.Axşam saat 6-7 arası da çox yaxşı vaxtdır.Qulaqcığınızı taxın və ən sevdiyiniz mahnını qoyun.😁

3.Ulduzları seyr etmək:
   Hava buludsuz olduğu üçün yayda ulduzlar daha gözəl görünür.Ulduzları daha aydın görmək istəyirsinizsə sahilə,şəhərin işıqlarından uzaq olan bir yerə gedin.

4.Yeni insanlar tanıyın:
   Ən asanı elə budur məncə.Sosialda tanımaq istədiyiniz 2-3 nəfərlə birlikdə qrup aça bilərsiniz(ki mən də elədim).


5.Fotoqraflığa başlayın:
   Antik əşyalar,səma,gözlər və ya nə istəsəniz onun fotosunu çəkin.Fotoaparatı dərd etməyin,mobilegraphy yəni,telefonla foto çəkmə kimi bir alternativ də var.

Bunlardan başqa fikirləriniz varsa mənə yaza bilərsiz.BYE 🙋

Yeni ad və yeni görünüşlə qarşınızdayam!

Bilirsiniz,bloqu bağlamışdım.Bilmirəm niyə.Dərslərə başım qarışıb eləməmişdi.Sadəcə özümü başqa sahələrdə sınamaq qərarına gəldim.
Yenidən açmağıma səbəb isə ağlıma gələn bir fikir oldu.Bloqun konsepsiyasında kiçik də olsa dəyişiklik etdim-bundan sonrakı yazılar daha çox yaşıdlarıma xitab edəcək.Yəni,qısaca teenager stilində olacaq.Təkcə moda yox,nə istəsəz o haqda yaza bilərəm artıq.Buna görə də istəklərinizi,suallarınızı sağdakı "MESAJ GÖNDƏR" bölməsindən mənə göndərə bilərsiniz.
İndi isə dayanmadan işə başlayım.Maraqlı yazılar bizi gözləyir!
Subscribe to: Posts ( Atom )

Fidan Esmail

Fidan Esmail
Salam,mən Fidan.Tanış olduğuma şadam.Burada,əsasən dəb mövzusunda fikirlərimi yazaraq sizə ilham qaynağı olmağa çalışıram.Suallarınıza,fikirlərinizə və tənqidlərinizə hər zaman açığam.Görüşmək diləyilə... :)

Mesaj Göndər






Bəyənilən Postlar

  • MƏKTƏBƏ QAYIDIŞ 2017:Hörüklər
    Çox təəssüf ki,bu postu yazmağın vaxtı gəlib çatdı;Məktəbə çox az qalıb... Onu da deyim ki,Azərbaycandakı məktəblərdə sərbəst geyim olm...
  • Çılpaq görünmədən necə şəffaf geyinmək olar?
    Saaalaaam.Artıq yaydır,dərslərim bitib,ona görə də tez-tez post yazmağı düşünürəm.Bu yay yəqin ki,maraqlı mövzular çox olacaq. Bu gün ...
  • DİSLİKES:Məni Heç Vaxt Belə Görə Bilməzsiniz
    BAYRAMINIZ MÜBARƏK!!!Heç də bayram ab-havasına uymayan bir yazı ilə qarşınızdayam!Maç you! Hepinizden iğreniyoruuuum. Zarafat edirəm....
  • Sviterim,Sviterin,Sviterlərimiz
    Qış gəlmək üzrədi və bilirəm ki çoxumuz bu fəsildə daha yorğun,passiv oluruq.Kofemizi,kitabımızı götürüb bir küncə çəkilmək istəyirik.Ama ...
  • How To Wear Boyfriend Jeans
                                                                        More On  POLYVORE

Arxiv

  • ►  2017 (3)
    • ►  August (1)
    • ►  July (1)
    • ►  April (1)
  • ▼  2016 (21)
    • ►  December (1)
    • ►  October (1)
    • ►  September (2)
    • ►  August (1)
    • ▼  July (2)
      • Bu Tətildə də Təyyarədən Buludları Çəkə Bilməyənlə...
      • Blogger Geri Döndü!
    • ►  May (2)
    • ►  April (1)
    • ►  March (4)
    • ►  February (3)
    • ►  January (4)
  • ►  2015 (45)
    • ►  December (7)
    • ►  November (13)
    • ►  October (4)
    • ►  September (7)
    • ►  August (3)
    • ►  July (11)
Powered by Blogger.

Etiketlər

About Fidan blogmas boz çanta christmas Coachella Fashion Week Festival fotosessiya Friday I'm in Love günün tapıntısı köynək LifeStyle metal məktəbə qayıdış Musiqi Online Shopping party payız polyvore qırmızı xalı qış saç stil ikonu sviter trend yay yaz

Tərcümə

Copyright 2014 FANILLLA.
Designed by OddThemes