Bu Tətildə də Təyyarədən Buludları Çəkə Bilməyənlərə 5 Tövsiyə

Tətilin yarısı keçib amma hələ də Bakıdan kənara çıxmayanlar var.Onlardan biri də təbii ki,mənəm.Bilirəm,may ayında yay üçün beynimizdə çoxlu-çoxlu planlar var idi.Həvəslə tətilin başlamasını gözləyirdik.Yay gəldi hamımız tənbəlləşdik və mən indi bu yazını bizim kimi "Tək Səyahəti Yataq otağı-Mətbəx olanlar" üçün yazıram.

1.Filmlərə baxa bilərsiz:
   Mən özüm elə bu yay 30-dan çox filmə baxdım.Özümə əvvəlcədən siyahı hazırlamışdım.Gördüm ki boşam birini seçib baxırdım.
   Evdə öz kiçik kinoteatrınızı da düzəldə bilərsiz.Pop-corn bişirin,bir neçə yaxın dostunuzu çağırın və birlikdə baxın :D
   Mən həmişə altyazılı baxıram.Sizə də tövsiyə edirəm.Çünki istər-istəməz ingiliscə öyrənmək asanlaşır.Ən sevdiyim altyazılı film saytı: unutulmazfilmler.co

2.Piyada gəzin:
   Bu həm sağlamlığımıza da faydalıdır.Təkcə tətillərdə yox,havanın mülayim olduğu istənilən vaxtda gəzinti eləmək olar.Mən məktəbin son 2 ayı hər səhər saat 6-da piyada gəzirdim,yüngül qaçırdım.İndi də davam etdirirəm.Səhər tezdən durmağı bəhanə gətirməyin.Axşam saat 6-7 arası da çox yaxşı vaxtdır.Qulaqcığınızı taxın və ən sevdiyiniz mahnını qoyun.😁

3.Ulduzları seyr etmək:
   Hava buludsuz olduğu üçün yayda ulduzlar daha gözəl görünür.Ulduzları daha aydın görmək istəyirsinizsə sahilə,şəhərin işıqlarından uzaq olan bir yerə gedin.

4.Yeni insanlar tanıyın:
   Ən asanı elə budur məncə.Sosialda tanımaq istədiyiniz 2-3 nəfərlə birlikdə qrup aça bilərsiniz(ki mən də elədim).


5.Fotoqraflığa başlayın:
   Antik əşyalar,səma,gözlər və ya nə istəsəniz onun fotosunu çəkin.Fotoaparatı dərd etməyin,mobilegraphy yəni,telefonla foto çəkmə kimi bir alternativ də var.

Bunlardan başqa fikirləriniz varsa mənə yaza bilərsiz.BYE 🙋

Share this:

ABOUT THE AUTHOR

Hello We are OddThemes, Our name came from the fact that we are UNIQUE. We specialize in designing premium looking fully customizable highly responsive blogger templates. We at OddThemes do carry a philosophy that: Nothing Is Impossible

0 yorum:

Post a Comment