Saçını İlk Dəfə Qısa Kəsdirən Fidanın Macəraları

Salam.Mən başlıqda adı keçən qız.Saçını kəsdirən.Nəhayət ki,saçını kəsdirən.Görünüşümə yenilik qatdığım üçün həyəcanlıyam.Artıq saatlar keçib.Demək olar öyrəşmişəm.Amma hələ də qısa saçımla ne edə bilərəm,onu fikirləşirəm beynimdə.Bütün gün güzgünün qabağında orasını,burasını düzəldirəm.
Kəsdirməyimə görə həm pis oluram,həm də sevinirəm.Onda belə eliyim-Pis tərəflərini də yazım,yaxşı tərəflərini də.
Yaxşı tərəfləri:
1.Yenilikləri sevirəm və bu özümü daha yenilənmiş,"fresh" hiss etdirdi.
2.Qısa saça dalğalı formanı və yarım topuzu daha çox yaraşdırmışam həmişə.
3.2 ildi ki,saçımı kəsdirmirdim və ucları yanmışdı.Çox pis gündəydi.Dəhşət.

Pis tərəfləri:
1.14 yaşım var.Ona görə də demək olar ki,gün ərzində getdiyim tək yer məktəbdir.Məktəbdə də "Timoşenko" hörüyümlə tanınırdım.

2.İndi yadıma düşdü:Saçımı topuz da yığa bilməyəcəm.

Share this:

ABOUT THE AUTHOR

Hello We are OddThemes, Our name came from the fact that we are UNIQUE. We specialize in designing premium looking fully customizable highly responsive blogger templates. We at OddThemes do carry a philosophy that: Nothing Is Impossible

0 yorum:

Post a Comment