Yeni İlə Necə Başlasan İlin Elə Də Davam Edəcək!

Yeni ilə 20 gündən az qalıb.Düzünü desəm Yeni İl gecəsini çox sevmirəm.Yəqin bizim evdə maraqsız keçir ona görə:D Yeni il gecəsi=hind toyuğu yemə gecəsidi mənim üçün.Amma o demək deyil ki,yeni ilə girdiyimiz üçün sevinmirəm.Sevinirəm.Yeni başlanğıclar,yeni ümidlər,yeni ideyalar deməkdi mənim üçün yeni il.Və təbii ki,dərs çıxaracağım yeni səhvlər,məni daha da gücləndirən yeni xəyal qırıqlıqları...
Nədənsə "Yeni İlə necə başlasan ilin elə də davam edəcək" fikrinə inanıram.Hər yeni il mənim üçün kitabımın yeni səhifəsidi.
Nəysə...Bəsdi bu qədər meloncholy dəərmişim😂.Yaraşmaz bizə fashion blogda bu qədər duyğulanmaq.Mənim bu dəfəki hədəfim sizə daha ürəyinizcə olan bir il yaşamaqda kömək etməkdi.
Belə ki,mən şəxsən yeni ildə özümə bunları aşılayacam:

1.Öz yolunu qurmağa davam et!
   Özünü tap.Qoyma sənin yolunu başqaları çəksin.Bu sənin yolundu.Başqaları səninlə bərabər gedə bilər ama sənin üçün getməzlər.


2.İstəmədiyin şeyləri at(Əşya və ya insan)!
   Otağını yığışdır.Sənə pis enerji verən əşyaları,lazımsız şeyləri at.İnsanlar,insanlar...İstəmədiyim insanları da atacam.Ama qəddarcasına yox təbii ki.Çox kübarcasına...


3.Əvvəlcə özünü dəyişməyə başla!
   Camaatı qınamaqdan əl çək.Fikirləş,özün çox mu doğrusan?("Of course,bae.I'm so different😌")




4.Başqalarının sənin haqqında nə fikirləşdiklərinə əhəmiyyət vermə!
   Elə insanlar var ki,səni tanımadan beyinlərinə nələr gəlir.OMG!Sən öz yolunda düz elədiyini fikirləşirsənsə qutardı,getdi.Onlar onsuzda səni tənqid edəcəklər buna görə.Əgər onlara qulaq assan başqa birinə çevriləcəksən.

5.Ən əsası özün ol!
   İndi çox lovğa olduğumu fikirləşəcəksiz.Ama belədi gerçək:Özümü özüm olduğum üçün sevirəm.Başqaları həmişə mənim uşaq qaldığımı deyirlər.Bəzən gülə-gülə,bəzən kinayə ilə(qafiyəəəəəə).Amma mən neyniyirəəm?Motivasiya kimi qəbul edirəm bunu.(Bəbə deyin lap.I don`t care,b*tch)


Bu arada ilk LifeStyle postumu oxuduğunuz üçün təşəkkürlər!
Son Olaraq,Yeni İldə Qucaq Dolusu Sevgiləəər!!!

 

Share this:

ABOUT THE AUTHOR

Hello We are OddThemes, Our name came from the fact that we are UNIQUE. We specialize in designing premium looking fully customizable highly responsive blogger templates. We at OddThemes do carry a philosophy that: Nothing Is Impossible

0 yorum:

Post a Comment