QIRMIZI XALI:Brit Mükafatları 2016

1977-dən bu yana keçirilən,İngiltərənin ən yaxşı musiqiçilərini seçildiyi Brit Mükafatları dünən öz sahiblərinə verildi.Coldplay-in çıxışından sonra gedib yatdım,baxa bilmədim.Bugün dərsdən tez evə gəldim ki,kim nə geyinib yazım sizə.Çox möhtəşəm geyinən azıydı.Amma bəzilərini heç tanımadım.Dəyişikliklər etmişdi bir çoxu öz üstündə...

...Məsələn
                                           ADELE
Mən Adele-i hələ belə bomba görməmişdim.O paltarın rəngi,o saç,o dekolte...Saçına öldüm.Dünənə qədər mənim də saçım belə idi.Yenə kəsdirdim ehuehue(Ona ayrı bir post hazırlayacam)

LANA DEL RAY
Lana-nın paltarını gecəliyə bənzədənlər çox oldu bu dəfə.Amma Lana deyirəme sizə.Saça baxın da bir dənə.Mənim də belə saçım olsa nə geyinsəm yaraşar.Fur ayaqqabısının rəngini çox bəyəndim bu arada.

RİHANNA
Bu şəkli görəndə eləbildim 2005-ci ilin Brit-idir.Bir də gördüm 2016.Vintage mintage dedik.Riri ağın çıxartdı.Grammy-ə qatılmamışdı.Burada da halsız görünür.Nəsə olub bu qıza.

JESS GLYNE
Saça baaax.Ot tayası.Saçını yandan ayırmağını bəyənirəm bu qızın.Geyiminə gələndə isə kostyumunun parçası MÖH-TƏ-ŞƏM-DİR.Ayaqqabısını da bəyənmədim.Aparsın qaytarsın.Rihanna paltarı kimi eləbil 2005-ci ildən qalıb.

ALESHA DİXON
Qara-qızılı rəng uyumu aldı məni məndən.Pencəyin altından geyindiyi transparant bra=OMG!Saçının coolluğuna söz ola bilməz.

LİTTLE MİX
Jessicanın dekoltesinə baxanda utanıram valla.Üzr isdiyirəm amma doğurdan çox iyrənc görünür.Pudra rəng yaraşır-haqqına girmiyim.

KYLİE MİNOGUE
Bax belə şeylər eliyin də.Sevirəm də bu qadını.Qapqara geyinməklə deyil.Yaşıl aksesuarları və ayaqqabısı bir çoxuna mesaj olsun buradan.Rəng qatın biraz...

Və Gecənin Zövqsüzü deyib susuram-FLEUR EAST

Şərhlərini gözləyirəm!KİSS U


Share this:

ABOUT THE AUTHOR

Hello We are OddThemes, Our name came from the fact that we are UNIQUE. We specialize in designing premium looking fully customizable highly responsive blogger templates. We at OddThemes do carry a philosophy that: Nothing Is Impossible

0 yorum:

Post a Comment